Borrel Azərbaycanla Ermənistan arasındakı razılığı mühüm siyasi addım adlandırıb

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb. SİA xəbər verir ki, Aİ-nin ali nümayəndəsi bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

“Avropa İttifaqı Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır. Bu, mühüm siyasi addımdır”, - deyən Cozep Borrel əlavə edib ki, regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə