ABŞ Venesuela və Qayanaya çağırış edib...

Birləşmiş Ştatlar Venesuela və Qayanadan münaqişənin sülh yolu ilə həllini gözləyir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Ağ Evdə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ Venesuela və Qayana arasında sərhəd mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Eyni zamanda, Vaşinqton "Qayananın suverenliyinə davamlı dəstəyinə tamamilə əmindir".

Kirbi vurğulayıb ki, iki ölkə arasında quru sərhədini müəyyən edən qərara tərəflərin özləri yeni razılığa gələnə qədər hörmət edilməlidir.

...Buna görə də biz Venesuela və Qayananı Beynəlxalq Ədalət Məhkəməsi də daxil olmaqla, mübahisənin sülh yolu ilə həllini axtarmağa davam etməyə təşviq edəcəyik.

Qeyd etdyimiz kimi Con Kirbi deyib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə