Putin və Rəisi arasında aparılan danışıqlar başa çatıb

Kremldə Putin və Rəisi arasında danışıqlar 5 saatdan çox davam edib

Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi Kremldə danışıqları başa çatdırıblar. Müvafiq açıqlamanı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, gündəliyə həm ikitərəfli, həm də beynəlxalq mövzular daxil edilib.

Xüsusilə Putinlə Raisi Fələstin və İsrail arasında münaqişə zonasındakı vəziyyəti müzakirə ediblər.

Daha əvvəl bildirilib ki, Rusiya İranla demək olar ki, bütün sahələrdə, o cümlədən enerji sektorunda fəal işləyir. Bunu Rusiya lideri Vladimir Putin Moskvada İran prezidenti İbrahim Rəisi ilə danışıqları zamanı deyib.

Vladimir Putin xatırladıb ki, Rusiya və İran təhsil sahəsində də əməkdaşlıq edir.

Xüsusilə də İrandan gələn xeyli sayda tələbə Rusiya Federasiyasında təhsil alır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə