Polyanski Ukraynada silahların yayılması təhlükəsindən danışıb

Qərbin Ukraynaya tədarük etdiyi silahların nəzarətsiz yayılması Avropa, Afrika, Latın Amerikası və Yaxın Şərqə çatdığı üçün təhlükə yaradır.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

O qeyd edib ki, Qərbin Ukraynaya verdiyi silahların çoxu “qara bazar”a gedir.

Rusiyalının iddiasına görə, orada terrorçu-cinayətkar qruplaşmalara çatır və bu, heç kimə sirr deyil.

...Bu, təkcə Avropada deyil, Yaxın Şərqdə, Afrikada və hətta Latın Amerikasında da yaranır.

Bunu Polyanski bildiribş

Onun sözlərinə görə, bu məsələ dekabrın 11-də “Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası” çərçivəsində ətraflı müzakirə olunacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə