Bəs deyirdiniz, ruslarda hərbi texnika çatışmır...

Putin Çinə Rusiya hərbi texnologiyalarını təklif etdi

Rusiya Çinlə hərbi texnologiyalar sahəsində əməkdaşlığa hazırdır. Qeyd edək ki, Vladimir Putin bunu VTB “Rusiya çağırır!” forumunda deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “İnterfaks” yayıb.

...Birbaşa Çinə gəlincə, biz bütün sahələrdə əməkdaşlığa hazırıq, heç bir məhdudiyyətimiz yoxdur. Bu, yeri gəlmişkən, hərbi texnologiyalara da aiddir.

Deməli, bunu deyən Putin əlavə edib ki, Rusiya Çinlə əməkdaşlıqda “dünya nizamının gələcəyi haqqında” düşünür və sadəcə olaraq “al-sat” taktikasını həyata keçirmir.

Xatırladaq ki, noyabrın sonunda Çin səlahiyyətliləri, Kremlin “Qazprom”un itirilmiş Avropa bazarını əvəz etmək üçün Çinə uzatmağa ümid etdiyi “Sibirin gücü-2” qaz kəmərinə investisiya qoymaqdan imtina etdi.

Nəticədə, layihə havada qalmaqda davam edir: Çin tərəfi Rusiyaya çox milyardlıq tikinti layihəsini tam ödəməyi təklif edir, həmçinin Rusiya qazına endirimlər tələb edir.

Boru kəməri tikilməsə, Rusiyanın “böyük həcmdə” qaz nəql etmək üçün yeri olmayacaq. Müharibədən əvvəl ən yüksək həddə ildə 150 ​​milyard kubmetrdən çox qaz istehlak edildiyi Avropa bazarını itirdikdən sonra “Qazprom” hasilatı dörddə bir azaltmaq məcburiyyətində qaldı – bu, da təbii ki, öz tarixində rekord göstəricidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə