Baykal-Amur magistralını partladan belarus imiş..?

Federal Təhlükəsizlik Xidməti Belarus vətəndaşını Baykal-Amur magistralında qatarları partlatmaqda ittiham edərək saxlayıb

...Federal Təhlükəsizlik Xidməti Baykal-Amur magistralında iki yük qatarının partladılmasında şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. Saxlanılan şəxs Ukrayna xüsusi xidmət orqanlarında işlədiyini etiraf edib. Özü də Belarus vətəndaşıdır.

SİA xatırladır ki, Baykal-Amur magistralında partlayışlar noyabrın sonunda Rusiyanın ən uzun dəmir yolu Severomuysk tunelində və onun ətrafındakı dolama marşrutunda baş verib. Həmən partlayışda yanacaq çənləri partladılıb. Qatarların tunellə hərəkəti dayandırılıb, qatarlar dolanma marşrutu ilə ləngiməklə hərəkət edib. Amma heç kəsin xəsarət almayıb(?).

Qeyd edək ki, Baykal-Amur magistral xətti Çin ilə ticarət üçün fəal şəkildə istifadə olunur. Rusiya Dəmir Yollarının statistikasına görə, son bir ildə onun və Trans-Sibir dəmir yolu ilə 149 milyon ton yük daşınıb.

Etiraf edilməlidir ki, marşrut boyu hərbi yüklər də daşınır. Rusiya hakimiyyəti ikinci partlayışı uzun müddət gizlətdi. Hadisə şahidlərinin sosial şəbəkələrindən bu barədə mesajlar silinsə də, amma faktla bağlı terror maddəsi ilə cinayət işi açılıb.

Ukrayna mediası, xüsusilə RBC-Ukrayna, Ukrayinska Pravda və Ukrayna BBC Xidməti partlayışlarda Ukrayna Təhlükəsizlik Xidmətinin iştirakı ilə bağlı xəbər yaysa da, amma o, bunu rəsmi olaraq təsdiqləməyib.

Federal Təhlükəsizlik Xidməti hesabatında bildirilir ki, Taişet-Tynda və Taişet-Neryunqri marşrutları ilə hərəkət edən neft məhsulları olan qatarlar partladılıb. Kəşfiyyat xidməti şübhəlinin videoyazısını yayıb. Onun sifəti gizlidir.

Amma səs yazısının qəhrəmanı köhnə tanışından partlayış törətmək təklifi aldığını, Severobaykalskda qatarlara maqnit minaları quraşdırdığını bildirir.

Yeri gəlmişkən, qeydin hansı şəraitdə aparıldığı və şübhəlinin ixtisaslı müdafiə ilə təmin edilib-edilmədiyi məlum deyil. Verilən məlumata görə, onu 20 ilə qədər həbs gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə