“Rus hakerləri” haqqında məlumat verənə 10 milyon dollar...

Birləşmiş Ştatlar “Federal Təhlükəsizlik Xidməti zabiti” Ruslan Perepyatko və “Sıktıvkardan olan İT işçisi” Andrey Korinets, həmçinin “Russtroy-SK” şirkətinə qarşı sanksiyalar tətbiq edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Vaşinqton Perepyatko və Korinetsi “ABŞ dövlət qurumlarına” qarşı “zərərli kiber fəaliyyətlə” məşğul olan 18-ci Mərkəzin işində iştirakda ittiham edir.

ABŞ Ədliyyə Departamenti bu şəxslərə qarşı iki maddə üzrə ittiham irəli sürüb: kompüter fırıldaqçılığı (beş ilədək həbs) və naqil fırıldaqçılığı (20 ilə qədər həbs).

Şübhəlilər və onların ortaqları haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat elan edilib. Amerika tərəfinin məlumatına görə, hər iki rus ən azı 2016-cı ildən 2020-ci ilə qədər hakerlik fəaliyyətlərində iştirak ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə