Şolz 1997-ci ildən bəri ən populyar olmayan Almaniya kansleri olub

Almaniya kansleri Olaf Şolz antireytinq rekordunu yeniləyərək 1997-ci ildən bəri ən populyar olmayan hökumət başçısı oldu.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sorğu Almaniyanın ARD telekanalı tərəfindən aparılıb.

Tədqiqatın nəticələrinə görə, almanların 20 faizi Şolzun ​​işindən razıdır, tabloid Bild yazır. Son bir ayda kansler 8 faiz itirib.

Qeyd edək ki, onun SPD partiyası da dəstəyini itirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə