Səudiyyə Ərəbistanında Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə dekabrın 7-də ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Turki əl-Malikiyə istinadən yazıb.
Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Zəhran şəhərindəki hərbi baza yaxınlığında qəzaya uğraması ilə bağlı Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə məlumat verilib.
Qeyd olunur ki, F-15 SA qırıcısının ekipajı təlim uçuşu həyata keçirirmiş.
...Krallığın Kral Hərbi Hava Qüvvələrinə məxsus F-15 SA qırıcısı yerli vaxtla saat 12:50-də Zəhrandakı Kral Əbdüləziz hərbi hava qüvvələri bazası ərazisində adi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Bu, hərbi idarənin bəyanatında deyilir.
Yan tərəfin yıxılması nəticəsində qırıcının ekipaj üzvlərinin öldüyü də ehtimal olunur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB