Rusiyalıların demək olar ki, 80 faizi prezident seçkilərində səs verməyi planlaşdırdıqlarını bildirib
Məsələ məlumdur..?

Rusların əksəriyyəti 2024-cü il martın 17-nə təyin edilmiş prezident seçkilərində səs verməyi planlaşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə sorğu keçirən Sosial Araşdırmalar üzrə Ekspert İnstitutu məlumat yayıb.

Altı mindən çox insanın iştirak etdiyi araşdırmanın nəticələri göstərib ki, Rusiya vətəndaşlarının 78 faizi gələn il keçiriləcək seçkilərdə səs verməyi planlaşdırır. Bundan əlavə, tədqiqatçılar hazırkı dövlət başçısı Vladimir Putini dəstəkləməyə hazır olanların faizinin artdığını qeyd ediblər.

Belə ki, rusiyalıların 70 faizii hesab edir ki, prezident yeni müddətə namizədliyini irəli sürməlidir.

Halbuki, dörd il əvvəl respondentlərin yalnız 33 faizi belə hesab edirdi.

Qeyd edək ki, Rusiyada seçkilər 2024-cü il martın 17-də keçiriləcək.

Bu gün Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovanın da iştirak etdiyi Federasiya Şurasının iclasında bu tarix təsdiqlənib. Belə ki, 162 senator lehinə, yəni yekdilliklə səs verib.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı fikirlərini demişdi. Onun sözlərinə görə, dövlət başçısı hələ ki, namizədliyi ilə bağlı heç bir açıqlama verməyib.

Kreml qeyd edib ki, prezident tarix təsdiqləndikdən və namizədlərin irəli sürülməsinə başlandıqdan sonra planlarını açıqlayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə