...Dekabrın 6-da Ukrayna Silahlı Qüvvələri Donetskdə işğalçılara qarşı güclü “bavovna” keçirib. Mərmilər şəhərin rayonlarından birində yanacaq çənlərinə dəyib. Güclü yanğın baş verib.
SİA bildiri ki, “bavovna” sözünü ukraynalılar Rusiyada və ya Ukraynanın işğal olunmuş ərazilərində hərbi obyektlərin partlayışları adlandırırlar.
...Və beləliklə, Ukraynanın UNİAN agentliyi məlumatlı mənbələrə istinadən, yanğın nəticəsində 26 rus hərbçisinin həlak olduğunu, daha 31 nəfərin isə yaralandığını bildirib.
...Neft anbarının yaxınlığında hansısa axmaq bir gün əvvəl Donetskə gələn döyüşçülər üçün müvəqqəti yer düzəldib. Özü də neft bazasının yanında. Ukraynanın atəşi zamanı, mərmilər də onlara dəyib və uşaqlardan bəziləri... sadəcə yanıblar.
Maraqlıdır ki, bunu rus şahidlərindən biri bildirib.
Digər rus əsgəri isə yanıb ölən əsgərlərin Rostov vilayətindən bir müddət əvvəl Donetskə köçürüldüyünü bildirib.
Rus komandanlığı onları Avdeevka istiqamətində göndərmək niyyətində olublar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB