Putin Omanın vəliəhdi ilə danışıqlar aparıb

Putin Omanın vəliəhdi ilə danışıqlar aparıb

Rusiya prezidenti Vladimir Putin Omanın vəliəhd şahzadəsi Ziyazin bin Heysəm əl Səidlə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” xəbər verir ki, ikitərəfli danışıqlar Moskvada baş tutub.

Görüş zamanı Rusiya lideri həmsöhbətindən Omanın sultanı və baş naziri Haysam bin Tarek əl Səidə “ən xoş arzularını” çatdırmağı xahiş edib. Bundan əlavə, dövlət başçısı Oman hökumətinin sədrini 2024-cü ildə Rusiya Federasiyasına səfərə dəvət edib.

Omanın vəliəhdi də öz növbəsində atasını ölkəyə dəvət etdiyinə görə Rusiya Federasiyasının prezidentinə minnətdarlığını bildirib.

Eyni zamanda o, belə bir tədbirin Moskva ilə Maskat arasında ikitərəfli münasibətlərin inkişafına faydalı təsir göstərə biləcəyini vurğulayıb.

Xatırladaq ki, dekabrın 7-də Rusiya lideri “Rusiya zəng edir!” investisiya forumunda iştirak edib. Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, tədbir çərçivəsində dövlət başçısının Omanın vəliəhd şahzadəsi Ziyazin bin Heysəm əl Səidlə qısamüddətli görüşü nəzərdə tutulub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə