ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Rustem Umerov ilə keçirdiyi görüşdə ölkəsinin Ukraynaya dəstək verməyə davam edəcəyini bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən verilən bəyanata görə, Ostin və Umerov Pentaqonda görüşüblər.
Görüş zamanı Ostin Ukraynanın ehtiyaclarını ödəmək üçün davam edən səylər haqqında məlumat verib.
Tərəflər həmçinin ABŞ-ın Ukraynaya əsasən hava hücumundan müdafiə və artilleriya sursatlarından ibarət 175 milyon dollarlıq yeni əlavə hərbi yardım paketini elan etməsini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB