...G7 ölkələri Rusiya almazlarının idxalını qadağan etmək barədə razılığa gəliblər. Bu barədə liderlərin çərşənbə günü baş tutan onlayn görüşündən sonra verilən bəyanatda deyilir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, məhdudiyyətlər 2024-cü il yanvarın 1-dən tədricən tətbiq olunacaq.
...2024-cü il yanvarın 1-dən Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalına məhdudiyyətlər tətbiq edəcəyik. Bunun ardınca üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına tədricən məhdudiyyətlər qoyulacaq. Bu məhdudiyyətlərin təxmini başlama tarixi 1 mart 2024-cü ildir. Bu tədbirlərin effektivliyini gücləndirmək üçün çoxlu kobud almaz idxal edən G7 ölkələri G7 daxilində belə almazları izləmək və sertifikatlaşdırmaq üçün güclü sistem tətbiq edəcəklər. Bu, 2024-cü il sentyabrın 1-dək həyata keçiriləcək.
Qeyd edim ki, bunlar məlumatda qeyd olunub.
G7 ölkələri həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaları yeniləməyi və onlardan yayınma ilə mübarizə aparmağı vəd ediblər. Onlar həmçinin Ukraynaya Rusiyadan təzminat almağa kömək etmək üçün bütün mümkün variantları nəzərdən keçirməyə davam edəcəklər.
Yeri gəlmişkən, Kanada Xarici İşlər Nazirliyi artıq rəsmi olaraq Rusiya almazlarının idxalına məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, Kanadadan bu məhsulların idxalı 2021-ci ildə 4,1 milyon dollar təşkil edib. Ötən il ölkə artıq “Alrosa” şirkətinə qarşı sanksiyalar tətbiq edib və bu, artıq idxalın minimuma enməsinə gətirib çıxarıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB