Ölkədə qızılca epidemiyası elan edilib

Ölkədə qızılca epidemiyası elan edilib

Rumıniyada qızılca epidemiyası elan edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin 41 rayonundan 29-da 2 min yoluxma qeydə alınıb.

"Qızılcaya yoluxma hallarının həyəcanverici artımını, eləcə də xəstəxanalarda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib" , - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə