Kiva güllələnərkən yanında qadın da olub...

Kiva güllələnərkən yanında qadın da olub...

...Ali Radanın keçmiş deputatı İlya Kiva ilk güllə yarasını sinəsindən alıb, sonra isə başından vurulan güllə ilə öldürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Telegram kanalı yazıb.

Kanalın yazdığına görə, həmən vaxt Kiva tək olmayıb, yəni onu yanında qadın da olub. Müstəntiqlər hazırda həmən qadını dindirirlər.

Ehtimal ki, o, qatilin izinə düşə bilərdi(?).

Bildirilir ki, qadın Kivanın ətrafı ilə bağlı sorğu-sual edilir, şübhəli adamları görüb-görmədiyini öyrənməyə çalışırlar.

Xatırladaq ki, bundan əvvəl Kivanın mümkün izlənilməsi barədə məlumat yayılmışdı.

Qeyd olunur ki, eks-deputat dostlarına izləndiyini deyib. Bir daha xatırladaq ki, Kiva çərşənbə günü, dekabrın 6-da Moskva vilayətindəki Velich Country Club otelinin ərazisində ölü tapılıb.

Onun qətlinə görə məsuliyyəti Ukrayna xüsusi xidmət orqanları öz üzərinə götürüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə