Kadırov Putinin səfəri ilə bağlı bu dəfə də öz proqnozunu verdi...
Rusiya prezidenti Vladimir Putinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkənin inkişafı üçün yeni imkanlar açacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında bildirib.
Onun sözlərinə görə, Putinin Yaxın Şərq ölkələrinə səfərlərinin nəticələri “həmişə çox mənalı və səmərəli” olub. Ramzana görə, bu dəfə də istisna deyildi. Əminəm ki, Rusiya prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə bugünkü səfəri ölkələrimizin inkişafı üçün yeni imkanlar açacaq.
O əlavə edib ki, Moskva ilə Əbu-Dabi artıq “uzun illərdir ki, bir çox sosial və iqtisadi sahələrdə sıx əməkdaşlıq edirlər”. Kadırovun sözlərinə görə, Rusiya Federasiyası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr “ölkələrin hərtərəfli inkişafına və vətəndaşların rifahının yüksəlməsinə töhfə verir. ...Putinin səfərinə yekun vuraraq, o, ümid etdiyini bildirib ki, iki ölkə liderləri çərçivəsində qəbul edilən qərarlar “gələcək qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm əsas olacaq”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB