ABŞ rus əsgərlərini amerikalıya qarşı cinayətlərdə ittiham edib...
ABŞ dörd rus hərbçisini Rusiyanın Ukraynaya müdaxiləsi zamanı amerikalıya qarşı hərbi cinayət törətməkdə ittiham edib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, bu, ilk dəfədir ki, baş verir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dörd rusiyalıya qarşı hərbi cinayətlər ittihamı işgəncə, qeyri-insani rəftar, müharibə cinayətləri törətmək üçün sui-qəsd və Amerika vətəndaşına qarşı qanunsuz rəftar ittihamlarını ehtiva edir.
...Suren Mkrtçyan və Dmitri Budnik və sənəddə soyadsız adı çəkilən daha iki şəxs Valeri və Nazar hərbi cinayətlərdə ittiham olunurlar.
Qeyd edək ki, ABŞ vətəndaşının kimliyi açıqlanmayıb. Onun ordu ilə əlaqəsi olub-olmadığı da dəqiqləşdirilməyib.
...İttihama görə, ruslar ABŞ vətəndaşını dindirib, döyüb və işgəncə veriblər. Ədliyyə Departamenti bildirib ki, onlar həmçinin onu öldürməklə də hədələyiblər.
...Bu ittihamlar nümayiş etdirir ki, müttəhimlərin iddia edilən hərəkətləri müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı Cenevrə Konvensiyasının nəinki kobud şəkildə pozulması, həm də Amerika qanunlarının pozulmasıdır.
Onu da qeyd edək ki, ittihamnamənin təqdim olunduğu Virciniya ştatının Şərq dairəsinin prokuroru Jessica Aber bildirib bunu.
Yeri gəlmişkən, Amerika qanunlarına görə, müttəhimləri ömürlük həbs gözləyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə