“Zeytun yetişdirilməsi ilə bağlı ənənəvi bilik, üsul və təcrübələr” adlı milli namizədlik qovluğunun qəbulu ilə Türkiyənin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısnda qeydə alınan mədəniyyət nümunələrinin sayı 26-ya çatdı. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib: “Zeytun yetişdirilməsi ilə bağlı ənənəvi biliklər, metodlar və təcrübələr” adlı milli namizədlik qovluğu BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) Qeyri-Maddi Obyektlərin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 18-ci Sessiyasında təqdim edilmişdi. Botsvananın Kasane şəhərində keçirilən Təcili Qorunması Tələb Olunan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olundu. Bununla da Türkiyənin Qeyri-Maddi Mədəni İrs siyahılarında qeydə alınan mədəniyyət nümunələrinin sayı 26-ya çatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB