Rus helikopteri sıradan çıxarılıb

Rus helikopteri sıradan çıxarılıb

Ukraynalılar HIMARS 227 mm-lik GMLRS raketi ilə Donetsk vilayətinin Liman şəhəri yaxınlığında yerə enən düşmənin “Mi-8” nəqliyyat helikopterini vurublar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiya helikopteri ərazidə kəşfiyyat aparan dron operatorları tərəfindən müəyyən edilib.

Və koordinatlar artilleriyaçılara verildikdən sonra onlar atəşi tənzimləməyə başlayıblar.

Açılan atəş nəticəsində rus helikopteri sıradan çıxarılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə