BMT Qəzza zolağında baş verənlərə qorxulu qiymət verib

BMT Qəzza zolağında baş verənlərə qorxulu qiymət verib

Qəzza zolağında humanitar vəziyyət fəlakətli xarakter alıb. Bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.

...Humanitar sektorda çalışan həmkarlarım vəziyyəti apokaliptik kimi xarakterizə etdilər.

SİA-nın əldə etdiyi məlumata görə, BMT rəsmisi bunu France24 televiziyasında bildirib.

O qeyd edib ki, hazırda anklavın 2,2 milyon sakininin 1,9 milyonu “antisanitar və qeyri-sağlam şəraitdə” Qəzzanın cənubundakı izdihamlı ərazilərə məcbur ediliblər.

Türk İsrail Müdafiə Qüvvələrini və HƏMAS-ı döyüşləri dayandırmağa və bütün girovları azad etməyə çağırıb.

Eyni zamanda, komissar Qəzza zolağına, İsrailə və İordan çayının qərb sahilinə səfər etmək üçün icazə istədiyini vurğulayıb.

Lakin, deyilənlərə görə, bu rədd edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə