Televiziya meneceri Samir Şah sələfi Riçard Şarpın qalmaqallı istefasından sonra BBC yayım korporasiyasının direktorlar şurasının yeni sədri olacaq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Lüsi Freyzerin bəyanatında deyilir.
“Televiziya və jurnalistika sahəsində 40 ildən artıq çalışan doktor Şahın BBC-nin sədri olmaq üçün zəngin təcrübəsi var. O, medianın sürətlə dəyişən mənzərəsində BBC-nin uğurla inkişafını görmək arzusundadır. Mən qətiyyən şübhə etmirəm ki, Samir Şah BBC-nin çağırışlara cavab verməsi və gələcək imkanları əldən buraxmaması üçün lazımi dəstəyi və sərtliyi təmin edə biləcək”, - deyə nazir vurğulayıb.
Bu vəzifəyə formal təsdiqdən əvvəl Samir Şahın namizədliyi Britaniya parlamentinin İcmalar Palatasının mədəniyyət, media və idman komitəsi tərəfindən dəstəklənməlidir.
1952-ci ildə Hindistanın Aurangabad şəhərində anadan olan Samir Şah 1960-cı ildə Britaniyaya köçüb. O, Hull Universitetinin coğrafiya fakültəsini bitirib və daha sonra fəlsəfə doktoru dərəcəsi alıb. 1979-cu ildən televiziyada işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB