2024-cü ilin sonuna kimi məcburi köçkünlərin sayının 130 milyonu keçəcəyi gözlənilir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) “X” sosial media platformasında ilin sonuna kimi didərgin düşəcəyi gözlənilən insanların sayı ilə bağlı paylaşım edib: "2024-cü ilin sonuna kimi 130 milyondan çox adamın məcburi köçkünə çevriləcəyi və ya vətəndaşlıqsız qalacağı gözlənilir. UNHCR bu insanları müdafiə etməyə sadiqdir. Öhdəliyimizi yerinə yetirmək üçün tərəfdaşlarımızdan təcili maliyyə dəstəyi vermələrini xahiş edirik".
BMT Qaçqınlar üzrə Ali Komissarlığı oktyabrın 25-də dərc etdiyi hesabatda bildirib ki, dünyada davam edən müharibə, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən məcburi köçkünlərin sayı 2024-ci ilin iyun-sentyabr ayları dövründə 4 milyon nəfər artaraq 114 milyon olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB