Türkiyə “F-16”ları NATO üçün Rumıniyaya getdi

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə ...
Türkiyə “F-16”ları NATO üçün Rumıniyaya getdi

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı “F-16”lar NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyası çərçivəsində Rumıniyaya çatıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO hava məkanını qorumaq vəzifəsi çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına aid 4 “F-16” döyüş təyyarəsi və 71 şəxsi heyət Rumıniyadakı Borça Hava Bazasına gedib. Təyyarə NATO-nun Gücləndirilmiş Hava Polisi Bloku-64 missiyası çərçivəsində xidmətə başlayıb.

"Ölkəmizin üzərinə götürdüyü bu missiya 31 mart 2024-cü il tarixinədək davam edəcək. Biz Rumıniya xalqına ev sahibliyi etdiyinə görə təşəkkür edir və qəhrəman şəxsi heyətimizə vəzifələrində uğurlar arzulayırıq" deyə nazirliyin məlumatında yazılır.

Bütün xəbərlər Facebook səhifəmizdə