Misirin İsmailiyyə şəhəri yaxınlığında yük gəmisi ponton körpüsü ilə toqquşub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Əl-Qahira” telekanalı yayıb.
Qəzaya görə Süveyş kanalı boyunca nəqliyyatın hərəkəti dayandırılıb.
Jurnalistlərin məlumatına görə, təcili yardım xidmətləri hadisə yerindədir. Toqquşmanın nəticələrini aradan qaldırırlar. Digər təfərrüatlar verilmir. Ölən və yaralananlar barədə də məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl Süveyş kanalında mayeləşdirilmiş qaz tankeri BW Lesmes və neft məhsulları tankeri Burri bir-biri ilə toqquşsa da. lakin gəmilərə heç bir ziyan dəyməyib.
Bundan əvvəl Rusiyadan Çinə gedən neft tankerinin Süveyş kanalında sıradan çıxması xəbəri yayılmışdı.
Gəmiyə kömək etmək üçün üç xilasedici yedək gəmisi göndərilib. Yalnız tanker yedəyə alındıqdan sonra naviqasiya bərpa edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB