Krasnodardakı 93 saylı məktəbin rəhbərliyi valideynlərdən övladlarına “Oğlanın sözü. Asfaltda qan” serialının təhlükəsi barədə danışmağı xahiş edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Krasnodar News” xəbər verir.
Verilən xəbərlərə görə, film buraxıldıqdan sonra şagirdlər onun qəhrəmanlarını təqlid etməyə başlayıblar: onlar başlarını qırxdırırlar və serialdan cəlbedici ifadəl. Belə ki, onlar başlarını keçəl qırxdırıb, serildakı bəzi sözləri işlətməyə bşlayıblar.
Təhsil müəssisəsinin rəhbərliyinin fikrincə, bu, uşaqların əziyyət çəkəcəyi cinayətkar dəstələrin yaranmasına gətirib çıxara bilər.
Xatırladaq ki, bir müddət bundan əvvəl bildirilmişdi ki, Tatarıstanın Uşaq Hüquqları üzrə Müvəkkili İrina Volınets banditizmin romantikləşməsi səbəbindən serialların yoxlanılması xahişi ilə Roskomnadzor-a müraciət hazırlayır.
... “Kinopoisk” xidmətinin məlumatına görə, "Oğlanın sözü. Asfaltda qan" serialı 80-ci illərin sonlarında Kazanda yeniyetmələrin həyatından bəhs edir. Deyilənlərə görə, serial Rusiyada çox məşhurdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB