"Ukraynanın xaini İlya Kiva öldürülüb..."

"Ukraynanın xaini İlya Kiva öldürülüb..."

Ukrayna Ali Radasının keçmiş deputatı, Kiyevin satqın kimi təqdim etdiyi İlya Kivanın meyiti Moskva vilayətində tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri REN TV yayıb.

Xatırladaq ki, İlya Kiva Rusiyayönlü “Müxalifət Platforması – Ömürlük” partiyasından keçmiş ukraynalı deputatdır. Müharibə başlayandan sonra ölkəni tərk edərək Rusiya Federasiyasına gedib, burada təbliğat şoularında iştirak edib və Rusiya təcavüzünə dəstək verib.

...Və Ukrayna məhkəməsi tərəfindən dövlətə xəyanət və Ukraynanın ərazi bütövlüyünə qəsd ittihamı ilə əmlakı müsadirə olunmaqla 14 il müddətinə azadlıqdan məhrum edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə