Rusiya ordusunda döyüşən Nepallı muzdlular...

Rusiya ordusunda döyüşən Nepallı muzdlular...

Bu arada Nepal polisi ölkədə Rusiya ordusuna könüllülər cəlb edən 12 nəfəri saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, nepallılar Rusiya qoşunlarının tərkibində Ukraynadakı müharibədə iştirak etməli idilər.

Deyilənlərə görə, on məhbus hələ də həbsdədir.

Katmandu polis nümayəndəsinin sözlərinə görə, şübhəlilər gəncləri “işə götürmə” adı ilə onlara turist sənədləri verirmiş. Və sonradan onlar Birləşmiş Ərəb Əmirlikləri və Hindistan kimi üçüncü ölkələr vasitəsilə Rusiyaya aparılırmışlar. Maraqlıdır ki, işə götürülənlər Rusiya vizası və uçuşlar üçün özləri 9 min dollara qədər ödəməli imişlər.

Qeyd edək ki, dəqiq neçə nəfərin “işə götürüldüyü” açıqlanmır, söhbətin muzdlulardan, yoxsa müqaviləli xidmətdən getdiyi bəlli deyil. Xatırladaq ki, dekabrın 5-də Ukraynada Rusiya ordusunun sıralarında döyüşən azı altı Nepal vətəndaşının öldüyü məlum olub.

Bazar ertəsi Ukrayna hərbi müxbiri Andrey Tsaplienko öz Telegram kanalında Zaporojyenin cənubunda əsir götürülən rus əsgərlərinin videosunu dərc edib.

Tsaplienko iddia edir ki, bunlar 70-ci motoatıcı alayın əsgərləridir, rus dilini bilməyən onlardan biri isə Nepal vətəndaşı olduğunu bildirib.

Nepal hakimiyyəti Moskvanı öz vətəndaşlarını artıq Rusiya ordusuna cəlb etməməyə və onunla artıq müqavilə bağlamış bütün nepallıları dərhal tərxis etməyə çağırıb. Nepal qanunları bir neçə dost ölkə, xüsusən Hindistan və Böyük Britaniya istisna olmaqla, vətəndaşların digər ölkələrin ordularında xidmət etmələrini qadağan edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə