Luqanskın mərkəzində, “Avanqard” stadionunun yaxınlığında avtomobil yanıb.
SİA RİA Novosti-yə istinadən bildiri ki, hadisə yerinə fövqəladə hallar xidmətinin mütəxəssisləri gəlib.
İlkin məlumata görə, yanğın partlayışdan sonra baş verib. “News.ru” mənbəyə istinadən avtomobildə Luqansk Xalq Respublikası Xalq Şurasının deputatı Oleq Popov ola biləcəyini də ehtimal edir.
Qeyd edilir ki, deputatın vəziyyəti məlum olmadığı kimi, onun xəsarət alıb-almadığı da məlum deyil.
Hazırda hadisənin baş vermə səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB