Rusiya müdafiəsinin üç xəttindən ikisini keçmişik...

Rusiya müdafiəsinin üç xəttindən ikisini keçmişik...

...Hazırda Ukrayna ordusu rusların ikinci və üçüncü müdafiə xətti arasındadır. Ukraynanın 2024-cü ilə qədər ərazilərin tam azad edilməsi planı var.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Fox News” telekanalına müsahibəsində Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.

Ukraynalı nazirin dediyinə görə, Ukraynada rusların cəbhədə üç müdafiə xətti var. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ikinci xətti keçib və hazırda üçüncü xəttin qarşısındadır.

Umerovun dediyinə görə, onlar rusların işğal etdikləri ərazilərin 50 faizini artıq geri alıblar. İndi isə “bizim 2024-cü il üçün planımız var”.

Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, 1991-ci il sərhədlərinə çatmaq Ukrayna üçün strateji qələbə olaraq qalır. Umerov, jurnalistin müharibə illərlə davam edərsə, nizamlanmanın mümkün olub-olmaması ilə bağlı sualına belə cavab verib ki, bu baş verərsə, sivil dünya utanmalıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə