İsrail qüvvələri işğal altındakı İordan çayının Qərb sahilində Cenin şəhərinə təşkil etdiyi basqında qadın və uşaqların da olduğu 7 nəfəri yaralayıb, ən azı 13 nəfəri nəzarətə götürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu 40-dan çox hərbi maşın və buldozerlə Cenin şəhəri və Cenin Qaçqınlar Düşərgəsinə basqın edib.
İsrail qüvvələri çox sayda fələstinlinin evinə basqın edib, qadın və uşaqların da olduğu 7 nəfər yaralanıb. İsrail əsgərlərinin Cenin Qaçqınlar Düşərgəsindəki Səlim Əbu Avadın evinə raketlə hücum etməsi nəticəsində baş verən yanğında ciddi ziyan dəyib. Fələstin Qızıl Aypara Cəmiyyətinin Cenindəki açıqlamasında, İsrail qüvvələrinin Cenin Qaçqınlar Düşərgəsində xəstəni köçürməyə çalışan tibb qruplarını döydürdüyü bildirilib. Cenin Dövlət Xəstəxanası və İbn Sina xəstəxanasını mühasirəyə alan İsrail əsgərləri təcili yardım çağıraraq tibb qruplarının işləməsinə mane olublar. İsrail ordusunun buldozerləri düşərgə ətrafındakı küçə və prospektlərdə infrastruktura ciddi ziyan vurub, yerli sakinlərin maşınlarını sıradan çıxarıb. İsrail qüvvələri Hayfa küçəsində bir çörək sexinə basqın edərək, iş yerində axtarış aparıb və təhlükəsizlik kameralarının qeydlərini silib. Təxminən 9 saat davam edən İsrail basqını səbəbindən Cenin Ərəb Amerika Universitetinin tələbələri evlərinə qayıda bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB