...Omsk vilayətinin vitse-qubernatoru Andrey Şpilenko Sibir Yol Universitetinin tələbələri ilə görüşdə tələbələrdən birini ingilis dilində BROOKLYN yazısı olan köynəyi çıxarmağa məcbur edib.
SİA-nın əldə etdiyi məlumata görə. bu barədə “CHTD” teleqram kanalı yazıb.
Nəşr Şpilenkonun tələbəyə müraciətindən sitat da gətirib. Belə ki, o gənc tələbəyə Nyu Yorkda olmadığını xatırladan vitse-qubernator, ona özünü biabır etmədən köynəyi dəyişməyi deməklə yanaşı, öz maraqlı tövsiyəsini də verib: “...yaxşı köynək geyin”.
O da qeyd olunur ki, iclasın əvvəlində vitse-qubernator orada olanlardan niyə buraya gəldiklərini soruşmaq qərarına gəlib. Tələbələrdən biri məmura “təqib edildiyini” deyib. Bunun üçün Şpilenko tələbəni hərbi xidmətlə hədələyib.
Yeri gəlmişkən, bir gün əvvəl Rusiya Ədliyyə Nazirliyi Şərqi Avropa Akademik Şəbəkəsini əməkdaşlığa görə vətəndaşları uzunmüddətli həbs cəzası ilə üzləşdirən “arzuolunmaz təşkilatlar” reyestrinə əlavə edib.
Xatırladaq ki, bu təşkilat, xüsusən də siyasi təqib təhlükəsi altında olan bakalavr və magistr tələbələrinin təhlükəsiz ölkələrdə universitet eləcə də elmi müəssisələrdə işlə təmin olunmasına köməklik edirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB