Ukraynalı siyasətçilər Zelenskinin hərəkətləri ilə razılaşmırlar?

Bu barədə Britaniyanın “Financial Times” nəşri yazır
Ukraynalı siyasətçilər Zelenskinin hərəkətləri ilə razılaşmırlar?

...Münaqişə uzandıqca, ukraynalı siyasətçilərin dövlət başçısı Vladimir Zelenski ilə aralarındakı fikir ayrılığı da artır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.

Qəzet qeyd edir ki, Zelenski və onun hərəkətləri ilə siyasi razılaşma zəifləməyə başlayır. Ukrayna prezidentinin yaxınlarından birinin sözlərinə görə, Kiyevdə daxili siyasət yenidən mühüm rol oynamağa başlayıb.

Bundan əlavə, “Financial Times” görə, Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında fikir ayrılığı bir ildən çoxdur ki, davam edir

Bundan əvvəl “The New York Times” yazıb ki, Zelenskinin Zalujnıya qarşı məzəmmətləri Ukrayna rəhbərliyinin parçalanmasından xəbər verir.

Qeyd olunub ki, Ukrayna prezidentinin administrasiyası münaqişənin dalana dirəndiyini dediyi üçün ali baş komandana irad tutub.

Qeyd edək ki, Zalujnı bu barədə noyabrda məlumat verib. Onun sözlərinə görə, Ukrayna qoşunları minalanmış ərazilərdə qalıb, Rusiya artilleriyası isə Qərbin texnikasını məhv edir. Ali Baş Komandan bu qənaətə gəlib ki, vəziyyəti yalnız kəskin texnoloji sıçrayış xilas edə bilər.

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq mövcud vəziyyəti şərh edərək, Ukraynanın kritik vəziyyətdə olduğunu qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə