Krım körpüsünün dağıdılması Ukrayna üçün qələbənin açarı ola bilər

ABŞ ordusunun Avropadakı keçmiş komandanı Krım körpüsünün dağıdılması planını açıqlayıb
Krım körpüsünün dağıdılması Ukrayna üçün qələbənin açarı ola bilər

...Ukrayna hərbçiləri ATACMS və Almanların “Taurus” raketlərindən istifadə etməklə Krım körpüsünü vura bilərlər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hodjes “Foreign Affairs” nəşrinə yazdığı məqalədə bildirir.

Təqaüddə olan general körpünün tikintisini Moskvanın Ukrayna və Qara dəniz regionunda hökmranlıq etmək strategiyasının bir hissəsi adlandırır.

Amerikalı hərbçiyə görə, onun məhv edilməsi Ukraynanın təkcə Krımda deyil, bütövlükdə müharibədə də qələbəsinin açarı ola bilər.

Hodjes Ukrayna Silahlı Qüvvələri üçün əsas problemi körpünün zədələrə və hücumlara davamlı olması adlandırır. Onu tamamilə söndürmək üçün güclü raketlərlə kütləvi hücum lazımdır. Bununla belə, hətta ATACMS kimi təkmil raketlərin də dəqiqliyi məhduddur və körpüdəki nisbətən kiçik hədəfləri vurmaq ehtimalı azdır.

Amerikalı hərbçi qeyd edib ki, bunkerləri məhv etmək üçün nəzərdə tutulan alman “Taurus” raketinin bir və ya bir neçə körpü dayağına ziyan vurma şansı yüksək ola bilər. Lakin Almaniya Rusiyanın cavab addımlarından qorxduğu üçün Ukraynaya bu raketləri verməkdən imtina edir.

Keçmiş komandir vurğulayır ki, körpünü dağıtmağın ən təsirli yolu partlayıcı yüklərdən istifadə etməklə onun sökülməsidir. Lakin bunun üçün Ukrayna qoşunlarının hələ ki, malik olmadığı körpüyə birbaşa çıxış lazımdır.

Hodjesin qənaətincə, Krım yarımadası azad edilənə qədər Ukrayna körpüyə bütün mümkün vasitələrlə hücumu davam etdirməlidir, hətta bu körpünü müvəqqəti olaraq sıradan çıxarsa belə...

Çünki davamlı hücumlar Rusiyanın logistikasını ləngidə və Moskvanın yarımadanın ilhaqından əldə etdiyi üstünlüyü azalda bilər.

O, həmçinin xatırladıb ki, Rusiyanın Çinlə birlikdə Kerç boğazı altında tunel tikmək istəyi, rusların körpünün dağıdılması təhlükəsindən narahatlığını göstərir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə