Rusiya ilə aramızdakı dəmir yolu sökülsün!

Rusiya ilə aramızdakı dəmir yolu sökülsün!

...Bu arada Riqa Şəhər Şurasının deputatı Maris Miçerevskis hakimiyyəti Rusiyaya aparan dəmir yolunu sökməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NRA məlumat yayıb.

Miçerevskisin fikrincə, Latviya ilə Rusiya arasında dəmir yolu əlaqəsi potensial hücum zamanı Rusiya ordusuna kömək edə bilər. Bundan əlavə, belə bir addım Rusiya mallarının tədarükünə son qoyacaq və bu, Moskvaya Latviyanın Rusiyadan “heç nəyə ehtiyacı olmadığını” aydınlaşdıracaq.

...Başqa yol yoxdursa, Rusiyaya gedən dəmir yolu sökülməlidir. Bu, həm də Rusiyanın mümkün hücumu zamanı müdafiə qabiliyyətini gücləndirəcək, - deyə o bildirib.

Qeyd edək ki, Miçerevskisin təklifini Latviya Dəmir Yolu Departamentinin direktor müavini Patrik Markeviç şərh edib. Onun sözlərinə görə, bu cür hərəkətlər Avropa İttifaqı orqanlarının səlahiyyətindədir, hazırda alyans belə tədbirlərin görülməsinə ehtiyac olduğunu bəyan etməyib.

...Daha əvvəl Latviya Daxili İşlər Nazirliyinin rəhbəri bildirmişdi ki, Riqa hələlik Rusiya ilə sərhədlərini bağlamağı planlaşdırmır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə