ABŞ-ın Kiyevə maliyyə yardımı Ukraynanın Rusiya ilə münaqişədə, xüsusən də soyuq mövsümün başlamazdan əvvəl iştirakını davam etdirməsi üçün çox vacibdir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın Maliyyə Naziri Janet Yellen “Punchbowl News”-a müsahibəsində bildirib.
“Ukrayna hakimiyyəti uzun bir qışa hazırlaşır və bu dəstək onların Rusiyaya qarşı müharibəyə davam edə bilmələri üçün çox vacibdir”, - deyən Yellen, ABŞ-ın dəstəyinə də ehtiyac olduğunu vurğulayıb.
Bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bəyan etmişdi ki, Vaşinqtonda Ukrayna Silahlı Qüvvələrinə yardım üçün ayrılan vəsait tükəndikdən sonra Ukraynaya silah tədarükünü dayandıracaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB