Rusiyada genişmiqyaslı aviabilet satışına başlanılıb

Rusiyada genişmiqyaslı aviabilet satışına başlanılıb

Rusiyanın “Nordwind Airlines” aviaşirkəti bilet satışına başlayıb. Qurumun saytında yer alan xəbərə görə, bu, 30 illik yubileyi ilə əlaqədardır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dekabrın 5-dən 8-dək hər kəs yaxşı endirimlə biletləri əldə edə biləcək. Məsələn, Moskvadan Kazana və ya Mahaçqalaya, Nijni Novqoroddan və ya Ufadan Mahaçqalaya 30 faiz endirimlə uça bilərsiniz.

Kazan və Tümendən Mahaçqalaya, eləcə də Moskvadan Orenburqa biletlər 25 faiz endirimlə satılır.

Bütün digər uçuşlarda 15-20 faiz endirim var.

12 dekabr 2023-cü il tarixindən 26 oktyabr 2024-cü il tarixinədək endirimli istiqamətlərə uça bilərsiniz.

Xatırladaq ki, “Nordwind Airlines” 2008-ci ildə altı istiqamətə uçan cəmi üç təyyarə ilə yaradılıb.

On il sonra isə aviaşirkət yeddi milyondan çox sərnişin daşıdı…

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə