Nepal Rusiyadan ölülərini və onlara veriləcək təzminatı istəyir

Nepal Rusiyadan ölülərini və onlara veriləcək təzminatı istəyir

Nepalın Xarici İşlər Nazirliyi Rusiyadan xüsusi hərbi əməliyyatda iştirak edərkən öldürülən 6 vətəndaşının cəsədinin qaytarılmasını xahiş edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

Qeyd edilir ki, Nepal hökuməti onların cəsədlərinin dərhal qaytarılması və öldürülənlərin ailələrinə təzminat ödənilməsi tələbi ilə Rusiya hökumətinə müraciət edib.

Bunu tələb edən Nepalın Xarici İşlər Nazirliyi, həmçinin Moskvanı Ukrayna əsirliyində olan bir nepallını da xilas etməyə və artıq ölkə vətəndaşlarını xüsusi hərbi əməliyyata cəlb olunmamağa çağırıb.

Bundan əvvəl məlum olub ki, futbol azarkeşləri tərəfindən yaradılan “Espanyol” batalyonu xüsusi hərbi əməliyyatın keçirdiyi ərazidə yerləşən hücum qoşunlarına qadınları cəlb etməyə başlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə