İran Omanda 17 qayığı ələ keçirdi

İran dövlət televiziyasının xəbərinə görə ...
İran Omanda 17 qayığı ələ keçirdi

İran ölkənin cənub-şərqində Oman körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan 17 qayığı ələ keçirdiyini və qaçaqmalçılıqla əlaqəli 12 nəfəri saxladığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, İran dövlət televiziyası xəbər verir ki, Çabahar Hərbi Dəniz Donanmasının komandiri Əli Hacetpur qaçaqmalçılıqla mübarizə çərçivəsində Oman körfəzindəki Çabahar şəhəri sahillərində həyata keçirilən əməliyyatda 12 min litr qaçaq yanacaq daşıyan 17 qayığın ələ keçirildiyini və 12 nəfərin saxlanıldığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə