ABŞ generalı Milli Ukraynanı “rusların boğazını kəsməyə” çağırıb

ABŞ generalı Milli Ukraynanı “rusların boğazını kəsməyə” çağırıb

ABŞ generalı Mark Milli 2022-ci ildə Almaniyanın Visbaden şəhərində keçirilən təlimlər zamanı ukraynalı yaraqlıları “rusların boğazını kəsməyə” çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Washington Post” yayıb.

...Bu söhbətdə iştirak edən məmur qaniçən generalın sözlərini deyir: “Gecə yarısı boğazının kəsiləcəyi ilə maraqlanmadan yatmağa gedən bir rus olmasın.

Beləliklə, Milli ukraynalıları Rusiyanın nəzarətində olan ərazilərdə əməliyyatlar keçirməyə “ruhlandırmaq” istəyib. Bundan əvvəl Radanın deputatı Maryana Bezuqlaya ukraynalı zabitlərə mövqelərini icazəsiz tərk edən və ya əmrləri yerinə yetirməkdən imtina edən əsgərləri öldürməyə icazə verilməsini təklif etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə