Rusiyanın dörd hərbi obyekti hücuma məruz qalıb...

Rusiyanın dörd hərbi obyekti hücuma məruz qalıb...

...Dekabrın 5-də gecə və səhər tezdən Ukrayna Təhlükəsizlik Xidməti işğal altındakı Krımda Rusiya Silahlı Qüvvələrinin hərbi obyektlərinə ilkin olaraq kütləvi şəkildə hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ilk yazanlardan biri Telegram-da məşhur ukraynalı könüllü İqor Laçenkov olub.

Qeyd edilir ki, bundan sonra tezliklə Ukraynanın digər KİV-ləri də kəşfiyyat xidmətindəki mənbələrinə istinadən oxşar mesajlar dərc etməyə başlayıblar.

Onların sözlərinə görə, hücum zamanı Rusiyanın dörd hərbi obyekti hücuma məruz qalıb: helikopter dayanacağı, iki Nebo-M və P-18 Terek radar sistemi, həmçinin Rusiyanın zenit-raket bölmələri üçün Baykal-M idarəetmə sistemi...

Obyektlər Kerç yaxınlığındakı Bagerovo kəndində, eləcə də Arabatskaya Strelka üzərindəki Strelkovoe kəndində yerləşirdi.

...Xüsusi xidmət rusları Beynəlxalq Könüllülər Günü münasibətilə belə təbrik edib

Laçenkov yazıb bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə