Şimali Koreya Seneqal və Qvineyadakı səfirliklərini də bağladı.
SİA-nın əldə etdiyi məlumata görə, Cənubi Koreya Xarici İşlər Nazirliyindən Şimali Koreyanın son aylar bəzi ölkələrdəki səfirliklərini bağlaması ilə bağlı açıqlama verilib.
1972-ci ildə Seneqal, 1969-cu ildə Qvineya ilə diplomatik əlaqələr quran Şimali Koreya bu ölkələrdəki nümayəndəliklərini bağlayıb, ümumilikdə isə xarici ölkələrdəki rəsmi təmsilçilərinin sayını 53-dən 46-ya endirib. Bu addımda ən böyük amilin “ölkəyə qarşı qlobal sanksiyalardan doğan iqtisadi çətinliklər” olduğu bildirilib.
Xatırladaq ki, Şimali Koreya son aylar Anqola, Uqanda, Banqladeş, Nepal və İspaniyadakı səfirliklərini bağlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB