Ermənistanda Qarabağın status məsələsi həmişə qapalı sayılırdı..?

Ermənistanda Qarabağın status məsələsi həmişə qapalı sayılırdı..?

...Ermənistanda 30 il idi ki, hamı Qarabağın Ermənistanın bir hissəsi olduğunu qışqırırdı, lakin onlar dünyada onlara dəstəyin azlığını hiss etmirdilərə

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Mülki Müqavilə” partiyasından olan deputat Vaaqn Aleksanyan bildirib.

Bu barədə News.am məlumat yayıb.

Onun sözlərinə görə, reallıqda Qarabağ məsələsi hələ indiki hakim komanda hakimiyyətə gələnə qədər bağlanmışdı.

“...Biz Dağlıq Qarabağın ləğvi ilə bağlı sənədi imzalamamışıq. Praqada Alma-Ata Bəyannaməsinə istinadən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Dağlıq Qarabağ məsələsi 2018-ci ilə qədər həll olunub”, - deyə Aleksanyan bildirib.

O əlavə edib ki, ola bilsin ki, Ermənistan hakimiyyəti onların hansı prosesdə olduqlarını tam dərk etməyib, yəni Qarabağ məsələlərində reallığı hiss etməyib.

Erməninin dediyinə görə, hazırda İrəvanın əsas məqsədi Azərbaycanı danışıqlar masasına qaytarmaq və Bakını eskalasiyada saxlamaqdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə