Pakistanda 90 nəfərin böyrəyini satan dəstə saxlanılıb

Pakistanda 90 nəfərin böyrəyini satan dəstə saxlanılıb

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstənin 3 nümayəndəsini saxlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Lahor polis rəisinin müavini Səddar Sidra Xan bu barədə mətbuata açıqlama edib. Beynəlxalq mətbuatdakı xəbərlərə görə dəstə üzvləri kəndlərdə yaşayan yoxsul insanları iş vermək vədi ilə aldadaraq böyrəklərini satıblar.

S.Xan dəstə üzvlərinin kəndliləri əvvəlcə İslamabada gətirdiklərini, sonra isə xaricdə işləmək üçün guya məcburi tibbi müayinə adı ilə xüsusi bir evdə prosesi həyata keçirdiklərini bildirib. Dəstə böyrəkləri varlılara 2,5-5 milyon rupi (256 min- 513 min lirə) məbləğində satıb. S.Xan əməliyyatı icra edən həkimlərin də axtarışda olduğunu qeyd edib.

Xatırladaq ki,Lahorda 3 oktyabrda 328 nəfərin böyrəyini satan dəstə saxlanılmışdı.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə