HAMAS-la müharibədə ölən İsrail hərbçilərinin sayı 404-ə çatıb

HAMAS-la müharibədə ölən İsrail hərbçilərinin sayı 404-ə çatıb

HAMAS-la müharibədə ölən İsrail hərbçilərinin sayı 404 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri yazıb.

Ötən gün döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında daha 3 hərbçisinin öldüyü açıqlanıb.

Onlardan 1-nin zabit, 2-sinin isə çavuş olduğu bildirilib. Daha 1 hərbi qulluqçu isə yaralanıb.

Qeyd olunub ki, Qəzzada quru əməliyyatı başlayandan bəri 75 İsrail hərbçisi öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə