İsrail Qəzza zolağında Fələstinin HƏMAS terror qruplaşmasının tunellərini dəniz suyu ilə doldurmağı düşünür. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri ABŞ rəsmisinə istinadən “Wall Street Journal” yayıb.
…Hesabatda deyilir ki, noyabr ayında İsrail müdafiə qüvvələri Qəzza şəhərindəki qaçqın düşərgəsi Əl-Şati yaxınlığında beş böyük su nasosu quraşdırıb. Bu nasoslar HƏMAS tunellərinə saatda minlərlə kubmetr su vuracaq qədər güclüdür və bir neçə həftə ərzində həmən tunellər su ilə dola bilər.
İsrail bunu edib-etməyəcəyinə hələ qərar verməyib, lakin noyabr ayında ABŞ rəsmilərinə planla bağlı xəbərdarlıq edib. “Wall Street Journal” yazır ki, ABŞ-ın reaksiyası qarışıq olub. Belə ki, bəzi məmurlar narahatlıqlarını ifadə ediblər? Deyilənlərə görə, bu “narazılıq” anklavın su qatına və torpağın potensial zərəri ilə bğlı olub?
…Nasosun nə qədər uğurlu olacağına əmin deyilik, çünki tunellərin və onların ətrafındakı torpaqların təfərrüatlarını heç kim bilmir. Bunun təsirli olub-olmayacağını bilmək mümkün deyil, çünki dəniz suyunun əvvəllər heç kimin daxil olmadığı tunellərdən necə axacağını bilmirik.
“Wall Street Journal” yazıb bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB