Məşhur jurnalist həbs olundu

Yazdığı məqaləyə görə "böhtan" ittihamı ilə 2 il 6 ay həbs cəzası verilən türkiyəli jurnalist Nazlı Ilıcak cəzasını çəkmək üçün 1 saylı Sakarya Həbsxanasına gedərək təslim olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, 2016-cı ildə yazdığı məqaləyə görə mühakimə olunub.

Daha əvvəl İstanbul Ağır Cəza Məhkəməsində baxılan "casusluq" işi ilə bağlı hələ də sınaq müddəti olan qadına "böhtan" işi üzrə cəzası da kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə