Rusiya ordusundan fərarilik etmək istəyənlərin sayı təxminən iki dəfə artıb

...“Meşədən keç” layihəsinin analitikləri Rusiya ordusundan qaçmağa kömək üçün müraciətlərin artdığını bildiriblər. Onların dediyinə görə, payızda, yay ilə müqayisədə, xidmətdən qaçmağa kömək üçün müraciətlərin sayı 89 artıb.

SİA-nın əldə etdiyi məlumata görə, hüquqşünaslar bunu hərbçilərin tərxis olunmağı gözləməkdən ümidlərini kəsməsi ilə əlaqələndirirlər.

Verilən xəbərlərə görə, Ukraynada döyüşən rus əsgərləri öz bölmələrindən fərarilik etmək üçün xidmətə müraciət etmək ehtimalı təxminən iki dəfə artıb. Belə ki, sentyabr-noyabr aylarında bu cür müraciətlərin sayı iyun-avqustda 305-ə nisbətdə 577 olub.

Qeyd edək ki, bunu rusların müharibədə iştirak etməməsinə kömək edən “Walk Through the Woods” təşkilatı “The Moscow Times”-a bildirib.

2023-cü ilin aprel ayından etibarən “Go Through the Forest” hüquqşünasları və könüllüləri fərariliyə cəhd edən 1000-dən çox hərbi qulluqçuya məsləhətlər veriblər. Onların yarıdan çoxu payızda kömək istəyib. Ən çox qaçmağa cəhd oktyabrda (218 hadisə), ən az isə iyunda (54 hadisə) qeydə alınıb. Noyabrda 175 nəfər qaçmağa cəhd edib ki, bu da sentyabr və oktyabr aylarına nisbətən daha az, lakin digər aylardan çox olub.

Onu da qeyd edək ki, ruslar arasında fərarilik hallarının artmasını hərə bir yerə yozur. Məsələn, rusiyalı hüquq müdafiəçisi Sergey Krivenkonun ehtimalına görə, əgər əvvəllər kimsə müəyyən müddətdən sonra evə gedəcəyinə ümid edirdisə, indi belə illüziyalar yoxdur.

Bundan əlavə, hərbçilər görürlər ki, rotasiya yoxdur, hətta ağır yaralılar da xəstəxanaya yerləşdirildikdən sonra yenidən cəbhəyə göndərilir, təbii ki, fərarilik baş alıb gedəcək.

Budur, fərari Pavel və “tamamilə ağlabatan olmayan uşaqlar” müharibə zonasından qaçmağa qərar verir. İrəli gedirsən mina sahələri, geri isə hərbi polis. Bəziləri olur ki, müəyyən müddətə yerli sakinlərin evində gizlənə bilir. Amma bir qayda olaraq birlikdə spirtli içki içdiyin yerli sakin sonradan onları hərbi polisə təhvil verir.

Məsələn, Ukraynanın “Mən Yaşamaq İstəyirəm” layihəsi ilə əlaqə saxlayaraq, könüllü təslim olanlar da fərari sayıla bilər. Təşkilat yardım etdiyi şəxslərin sayını açıqlamasa da, onun nümayəndələri iddia edirlər ki, Rusiyada səfərbərlik başlayandan bir il ərzində onlara 22 mindən çox müraciət daxil olub.

Yeri gəlmişkən, ruslarda fərarilik edib aradan çıxanların axtarışına iki gün sonra başlanılır. Və əgər bu iki gündə bizlərdə deyildiyi kimi, nəsə eləyə biləcəksənsə elədin, eləmədinsə...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə