Ukrayna və Moldova ilə danışıqlara başlamaq qərara alınıb

Dekabrın 14-15-də keçiriləcək sammitdə Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri Ukrayna və Moldova ilə birliyə qoşulmaq üçün danışıqlara başlamaq qərarını açıqlayacaqlar.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” sammitin yekun bəyannaməsi layihəsinə istinadən məlumat yayıb.

Sənəd layihəsində qeyd edildiyinə görə, Avropa Şurası Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəlib.

Bundan əlavə, Avropa İttifaqı liderləri Bosniya və Herseqovina lazımi şərtləri yerinə yetirdikdə, üzvlüklə bağlı danışıqlara başlamağa hazır olduqlarını bəyan edəcəklər.

Bəyannamə layihəsində həmçinin bildirilir ki, Avropa İttifaqı Gürcüstana “nə vaxt və lazımi şərtləri yerinə yetirərsə” Avropa İttifaqına namizəd statusu verməyə hazırdır. Agentliyin avropalı diplomatlara istinadən vurğuladığı kimi, bu, sammit öncəsi üzv ölkələrin nümayəndələri arasında aparılan danışıqlar zamanı dəyişdirilməsi gözlənilən yekun bəyannamənin ilk variantıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə