“Ukraynanın NATO-ya üzvlüyü qaçılmazdır”

Umerov Stoltenberqlə görüşü və Kiyevin NATO-ya üzvlük istiqamətində atdığı addımlar barədə məlumat verib

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlar apardığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Umerov bildirib ki, Stoltenberqlə cəbhədəki vəziyyəti və Kiyevin qışda ehtiyaclarını müzakirə edib.

Nazir hesab edir ki, “Ukraynanın NATO-ya üzvlüyü qaçılmazdır”.

O qeyd edib ki, Ukrayna bu ölkənin alyansa üzvlüyünə yaxınlaşması üçün əməli addımlar üzərində işləyir. Stoltenberq daha əvvəl bildirmişdi ki, Qərbin kifayət qədər yardımı olmadığı üçün Ukrayna uğrunda döyüş meydanında vəziyyət daha da pisləşə bilər.

Bu arada Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak, Ukraynanın təkbaşına hərbi istehsalını Rusiya ilə bərabər artırmağa qadir olmadığını deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə